Vitkovice Cylinders

Keyfiyyət vərdişimizdir.

Haqqımızda

Texniki qazlar bazarının lideri olan RealGaz - Azərbaycanda ilk dəfə olaraq yüksək təzyiqli (200 bar və  300 bar) tikişsiz polad qaz balonlarının istehsalçısıdır. Biz məhşur çex markası olan Vitkovice Cylinders -in rəsmi təmsilçisiyik və Azərbaycan, Gürcüstan, Qazaxıstan,  Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və İran ərazilərində balonların satışını həyata keçiririk.

VITKOVICE CYLINDERS şirkəti ümumi gəliri 1 milyard AVRO-dan çox olan 60-dan yuxarı şirkətin daxil olduğu VITKOVICE MACHINERY GROUP maşınqayırma  qrupunun mühüm tərkib  hissəsidir, bu şirkətlərdə bütün dünya üzrə 8500 insan çalışır.  Yüksək təzyiqli polad qaz balonları istehsalının tarixi VITKOVICE şirkətində artıq 1906 –cı ildən başlamışdır, burada əvvəllər sıxılmış qazlar üçün polad balonlar boru-prokat sexində tikişsiz borulardan hazırlanırdı. Onların dib və ağızlıqlarının döyülməsi dəmirçı sexində, termoemalları –alət sexində, sınaq və yığımları isə -mexaniki emalatxanalarda aparılırdı.  1938-ci ildə polad balonların emal, sınaq və yığımları kiçik maşınqayırma sexində həyata keçirilirdi.  1942 –ci ilin ortalarında yeni dəmirçi-alət sexi işə salınmış, köhnəsi isə isti sorma üsulu ilə balonların istehsalı üzrə dəmirçi-presləmə sexinə uyğunlaşdırılmış və onların seriyalı istehsalına başlanmışdır. 1956 –cı ilədək balonların istehsalı bir yerdə cəmləşmədiyindən, onun bir sexdən digərinə daşınması baha başa gəlirdi.  1981-ci ildə  bərkitmə sexinin korpusunun rekonstruksiyası, 1988 – 1992-ci illərdə isə 200 bar təzyiqli polad qaz balonların istehsalının kompleks modernləşdirilməsi həyata keçirilmişdir. 1996-cı ildə işçi təzyiqi 300 bar olan polad qaz balonlarının seriyalı istehslına başlanmışdır. 2008 –ci ilin dekabrında əks ekstruziya üsulu ilə hazırlanan yüksək təzyiqli polad qaz balonlarının istehsalının yeni unikal xətti açılmışdır. İstehsalın bu texnologiyası indiyədək dünyada belə böyük diametrli (267 mm-dən çox)polad rezervuarların istehsalında tətbiq edilməmişdir. VITKOVICE MACHINERY GROUP maşınqayırma qrupunun tərkibində yüksək təzyiqli polad qaz balonlarının istehsalı ilə  VITKOVICE CYLINDERS a.s (Çexiya Respublikası), VITKOVICE MILMET S.A (Polşa) və CIDEGAS S.A (Argentina) şirkətləri məşgul olur. Hər üç şirkət birlikdə sıx əməkdaşlıq edir, belə ki, onların istehsalat proqramları bir-birilərini qarşılıqlı tamamlayır. VITKOVICE MACHINERY GROUP qrupu bu unikal əməkdaşlıq sayəsində hər il 1,5 milyon tikişsiz yüksək təzyiqli balonlar istehsal etməyə qadirdir.

Proses

Yüksək təzyiqli polad qaz balonlarının istehsalı.


İlkin material kimi prokat bolvankası istifadə olunduqda yüksək təzyiqli polad qaz balonlarının istehsalı əks ekstruziya və isti sorma üsulları ilə həyata keçirilir. İstehsalın bu aparıcı texnologiyası kiçik kütləyə malik yüksək təzyiqli tikişsiz qaz balonlarının yüksək keyfiyyətli məhsulları ilə təmin edir. Bundan əlavə, şirkətimiz yüksək təzyiqli qazlar üçün tikişsiz borulardan balonların hazırlanmasının işlənmiş texnologiyasını tətbiq edir. Bizim bütün sexlərimizdə bu üsulla istehsal olunan balonların dib və ağızlıqlarının hazırlanması üçün rotasiya döymənin unikal texnologiyasından istifadə olunur. İsti qəlibləmə və termoemaldan sonra mövcud beynəlxalq standartlara uyğun olaraq məmulatın mexaniki emalı və testdən keçirilməsi həyata keçirilir.

Məhsullar


Müasir texnologiyalar

Aksessuarlar


Polad balonların komplektləşdiriciləri. EN ISO 1117 standartlarına uyğun olaraq sertifikatlaşdırılmış BAĞLI QORUYUCU POLAD QAPAQLAR, aşağıdakı tipləri çatdırılır:  Sinklənmiş – sinklənmiş və boyanmış (toz şəklində boyama) – Sifarişçinin markalaması, loqosu və s. ilə. EN ISO 1117 standartlarına uyğun olaraq sertifikatlaşdırılmış AÇIQ QORUYUCU POLAD QAPAQLAR, aşağıdakı tipləri çatdırılır:  Tutumu 20 l-dək olan balonlar üçün – 50kq-dək balonlar üçün – sıxılmış və ya maye qazların istənilən növləri üçün loqotipi çəkmək və ya VENTİLİ çap etmək imkanına malik olan və müxtəlif rəngdə işlənən qapaqlar.  Mövcud olan yerli, Avropa və beynəlxalq standart və normalara uyğun qaydada çatdırırıq. Balonların sifarişçinin təqdim etdiyi öz konstruksiyasına uyğun olaraq polad hissələrdən isti döymə ilə hazırlanan AĞIZLIQ HALQALARI  aşağıdakı növlərdə çatdırılır: - Sinklənmiş - Sifarişçinin markalaması, loqosu və s. ilə. Bizim xətlərimiz ventillərin yığımı (quraşdırılması)üçün peşəkar maşınlarla təchiz edilmişdir və biz polad balonların istənilən ləvazimatlarının quraşdırılması zamanı öz sifarişçimizə yardım etməyə hazırıq.

Foto qalereya


Qaz üçün hər şey

Sertifikatlar

Biz 1994 –ci ildən etibarən ISO 9001 standartına uyğun olaraq keyfiyyət sistemini qoruyub saxlamışıq . 2003 –cü ildə ISO 14001standartına uyğun olaraq ekoloji menecment sisteminin sertifikatlaşma prosesini, 2009-cu ildə işdə təhlükəsizlik menecmenti və sağlamlığın mühafizəsi sisteminin OHSAS 18001 standartının tələblərinə uyğun olan sertifikatlaşma prosesini, 2010 –cu ildə isə ISO/TS 16949 standartına uyğun olaraq keyfiyyət menecmenti sisteminin sertifikatlaşma prosesini uğurla keçmişik. Yuxarıda sadalanan bütün sertifikatlar TÜV sertifikasiya orqanı tərəfindən təqdim edilmişdir. İstehsal edilən yüksək təzyiqli qaz balonları TPED, PED tələblərinə, ADR/RID, DOT-3AA, TC-3AAV direktivlərinə və s. uyğundur. Balonlar müxtəlif standartlara, həmçinin ISO 9809-1, ISO 9809-2, EN 1964-1, EN 1964-2, ISO 11439, ECE R110 standartlarına, eyni zamanda texniki reqlamentin uyğunluq şərtlərinin yeni Rusiya tələbləri daxil omaqla,  sifarişçilərin xüsusi tələblərinə uyğun olaraq istehsal edilir. Bütün bunlardan əlavə,   bizim istehsal ixtisaslaşmamız TÜV, BV, DDNV-GL, LRS, Arrowhead, HSB, RMR və s. şirkətləri tərəfindən təsdiqlənmişdir. Şirkətimizdə istehsal prosesi əvvəldən sonadək ciddi nəzarət altında gedir. Bu nəzarətə ilkin materialın, istehsal prosesində detalların və hazır məhsulun yoxlanması daxildir. İstehsalın nəzarət mexanizmi istehsal prosesinin müxtəlif fazalarında aparılan yoxlamanın müxtəlif növlərinə əsaslanmışdır. Tələb olunan mexaniki xüsusiyyətlərə nail olunma müstəqil akkreditə sınaq laboratoriyasında test edilir. Keyfiyyət sertifikatları çıxış nəzarətindən müvəffəqiyyətlə keçən bütün balonlar üçün verilir.


Əlaqə